Keçmiş futbolçu ölkə prezidenti seçildi

20-ci əsrin sonlarında “Monako”, “PSJ” və “Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib.

Bu barədə Liberiya Milli Seçki Komissiyası ölkədə keçirilən seçkilərin ikinci turunda səslərin 98,1 faizini saydıqdan sonra məlumat yayıb.

Keçmiş futbolçu ikinci turda böyük səs çoxluğu ilə qalib gəlib. Corc Vea səslərin 61,5 faizini qazanaraq rəqibi vitse-prezident Jozef Boakaini üstələyib (38,5 faiz).