Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu və ABŞ dövlət departamentinin rəhbəri Reks Tillerson arasında telefon danışığı olub.
Trend-in Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, tərəflər iki ölkə arasında viza məhdudiyyətlərinin aradan qaldırılması məsələsini müzakirə ediblər.
Bu həftə Türkiyə və ABŞ viza xidmətlərinin göstərilməsini tam bərpa edib.