Bakı Texniki Kollecində islam həmrəyliyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dialoq məkanı:Azərbaycan” layihəsi çərçivəsində növbəti təlim reallaşdırılıb. MediaZona.Az xəbər verir ki, tədbir Bakı Texniki Kollecində baş tutub.

70-dən çox tələbənin qatıldığı təlimi layihə rəhbəri Aygün Gözəlova açaraq qeyd edib ki, müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də islam həmrəyliyinin təbliğində gənclərimizin aktiv rol oynaması, mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyini dünya xalqlarına göstərməkdir. Layihə rəhbəri əlavə edib ki, Azərbaycan dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib.

Tədbirdə iştirak edən Bakı Texniki Kollecin müəllimləri Qalıb Əhədov və Cəlal Qardaşov, həmçinin ekspertlər Telman Məmmədov və Fatimə Paşayeva da mövzu ilə bağlı fikirlərini bildirib, müzakirələrdə aktivlik göstərən tələbələrin suallarını cavablandırıblar.

Ekspertlər əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətini təqdir edərək xatırladıblar ki, ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində gənclər ölkəmizin ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Azərbaycanda bu sahədə həyata keçirilən siyasətin digər ölkələr üçün nümunə olduğu diqqətə çatdırılıb.

Mövzu ilə bağlı danışan ekspert Fatimə Paşayeva vurğulayıb ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz islam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar ölkəmizdə ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunması, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidinin inşa edilməsi xüsusi ilə nəzərə çatdırılıb.

Ekspert əlavə edib ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci il üçün Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapıb. Həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb. Məhz, bu baxımdan da Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında imzaladığı sərəncamı xüsusi qeyd etmək lazımdır.Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Mütəxəssislər təlimə qatılan gənclərə islam həmrəyliyinə kölgə salacaq zərərli addımlara qarşı tədbirlər görməyi tövsiyə ediblər.

Təlim sonra diskussiya şəklində davam edib və tələbələr onları maraqlandıran məqamlarla bağlı suallara cavab alıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2018-ci ilin yanvar ayında başa çatacaq. MediaZona.Az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib