Paytaxtda kafedə partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 150 kv.m olan kafedə yanğınla nəticələnən partlayış baş verib.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğın söndürülüb.






