Xanımına sataşdığı üçün sürücünü qətlə yetirən ərə 19 İL HƏBS

Əri yanında ola-ola qadına nömrə verən taksi sürücüsü qətlə yetirilib.

Taksidə xanımına baxan sürücünü öldürən 1993-cü il təvəllüdlü Əbdülmməmməd Cavid Hacıməmməd oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror bildirib ki, Cavid Əbdülməmmədov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən adam öldürüb: “Onun əməli məhkəmə istintaqı və ibtidai istintaq zamanı sübuta yetirilib”.

Dövlət ittihamçısı C.Əbdülməmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Mərhumun xanımı, hüquqi varisi isə təqsirləndirilən şəxsə maksimum həddə – 20 il cəza verilməsini istəyib. Məhkəmə prosesində C.Əbdülməmmədov son söz üçün vaxt istəyib. Məhkəmə prosesi dekabrın 14-nə təyin edilib. C.Əbdülməmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, qətl bu il iyul ayında Bülbülə qəsəbəsində baş verib. Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. O, Bakıda taksi sürücüsü işləyirmiş. Hadisəyə səbəb qısqanclıq olub. Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağaməmmədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib. C.Əbdülməmmədov orada sürücünü öldürüb və könüllü olaraq polisə təslim olub.

undefined

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi