Məşhur müğənnidən şok iddia- “ÇAYIMA ZƏHƏR QATMIŞDILAR”

“Arxamca şər-böhtan atan ikiüzlü riyakarlar, sözüm sizədir. Üzümə deməyə cürətiniz, kişiliyiniz çatmır. Məndən qorxub çəkinirsiz. Bəs Allahdan qorxmursuz? Bilirsiz ki, Eltona şər yaxa bilməzsiz. Məni həzm etmirsiz. Hamınızın cavabını Allah verir və verəcək”.

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev rəsmi İnstaqram səhifəsində yazıb. Sənətçi onunla bağlı danışanlara sərt cavab verib:

“Çox qəribədir. İnsan iftira atdığı insandan qorxur, amma Allahdan yox. Kim ki, arxamca danışıb üzümə gülürsə, bu hərəkətiylə necə alçaq və ikiüzlü olduğunu göstərir. Həmişə rahat yaşamışam, bundan sonra da yaşayacam. Allahdan qorxuram, insanlardan yox. Toylarda mənə verilən pulun əvəzini işimlə qaytarıram, oxumağımla iftira atanların cavabını verəcəm.

Mən heç kimin uğuruna paxıllıq, lağ etmirəm. Həmişə təvazökar olmuşam. Məni öz həyatım maraqlandırır. Necə vaxtdır efirlərə çıxmıram, bəziləri kimi kanalların qapısında yatmıram, kimlərəsə yaltaqlıq etmirəm. Necə illərdir sizin kimi murdarlarla mübarizə aparıram. Məni şərlə yıxmaq istəyirsiz, alinmir”.

Elton iddia edib ki, vaxtı ilə onun çayına zəhər qatıblar:

“Məni 100 kişi cildində olan arvadağızlar sevməsə də, əsl kişilər yaxından tanıyır. Yerimi, həddimi, indi də artıq dəyərimi bilirəm. Alnım açıqdır, üzümü ağdır. Heç kimin yanından gözüm kölgəli deyil. Neçə müğənni, prodüser mənə oyunlar qurdu, Moskvaya belə pul verib məni deport edirdiz. Cadular, mundarlıqlar… Çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə öz işimdə və yerimdəyəm”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi