Rza Zərrabın ARE hava yolları şirkətinə aid olan özəl təyyarəsi də Atatürk Hava limanında əlindən alınıb. 58 milyon dollar dəyərində olan Challenger 300 tipli təyyarə sonuncu dəfə 2017-ci il noyabrın 30-da uçub.
ABŞ-da mühakimə edilən Zərrabın şirkətləri 1 dekabr tarixində İstanbul prokurorluğu tərəfindən açılan istantaq çərçivəsində müsadirə edilib. Qərardan 7 gün sonra Zərrabın özəl təyyarəsi də müsadirə edilib. Habertürk







