Azərbaycanlı qızın deportasiyası Almaniyada siyasi qalmaqal yarada bilər

13 yaşlı azərbaycanlı Ofeliya Quliyevanın zorla deportasiya edilməsi ilə bağlı məsələ Almaniyada siyasi qalmaqala səbəb ola bilər.

Kivnews.com-un Virtualaz.org-a istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla Almaniyadakı təhsil qurumlarının və elm işçilərinin ən böyük həmkarlar ittifaqı (GEW) federal hökumətin ünvanına ittihamla çıxış edib və məktəblilərlə  tələbələrin deportasiyası təcrübəsinə son qoymağa çağırıb.
Bundan başqa, GEW-də şagirdlərin deportasiyası məsələlərində müəllimlərdən istifadəni yolverilməz hesab edirlər.

Həmkarlar İttifaqı öz müraciətində məktəblilərin deportasiyası ilə bağlı son illərdə Almaniyada hay-küyə səbəb olmuş üç hadisəni xatırladıb.

Onlardan biri Eritreyadan olan oğlanın əhvalatıdır, hansı ki, Yuxarı Pfalstda polis məktəbdən birbaşa dərs zamanı götürüb və  ölkədən deportasiya edib. İkincisi Lixtenfelsdə təhsil alan əfqanıstanlı oğlanın zorla deportasiya olunmasıdır.

Hesabatda Kulmbax şəhərində anası ilə birlikdə zorla deportasiya olunmuş Ofeliya Quliyevanın hay-küylü işinə xüsusi yer ayrılıb. Xatırladaq ki, polis əməkdaşları 13 yaşlı qızı və onun anasını gecəyarısı evdən götürərək bir neçə saat ərzində ölkədən deportasiya ediblər.

“Almaniya hökuməti əsas kimi uşaqların zorakı deportasiyası təcrübəsini götürüb. Buna son qoymaq lazımdır”, – deyə GEW lideri Anton Zalsbrun jurnalistlərə bildirib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi