Röya radioları biabır etdi-VIDEO

Əməkdar artist Röya Ayxan instaqram hesabından odlu-alovlu çıxış edib.

Publika.az xəbər verir ki, radioların yerli mahnılar yerinə xarici mahnılara üstünlük verməsi sənətçini özündən çıxarıb. O, bütün radioları sərt şəkildə qınayıb:

“Doğrudan da biabırçılıqdır. Soruşun niyə? Maşında gedirəm və artıq 5-ci radioya çevirmişəm ki, türk mahnıları oxunur. Görəsən, biz bu qədər pul buraxırıq, bunların haqqını kim verəcək? Dörd gecədir Nihat Odabaşı ilə klip çəkirik. Sonra da yekə-yekə deyirik ki, türklər gəlir Bakıya bizimkiləri tanımır. Bizimkilər onların əlindən öpür. Düzdür, mən öpməmişəm. Amma öpənlərimiz çox olub. Radiolara səslənib deyirəm ki, ya işinizi bilin, ya da “işinizi bilin”! Çünki adam sizin üçün heç mahnı da oxuyub vermək istəmir. Ona görə də sonra deməyin ki, bizi heç kim görmür, saymır. Siz özünüz özünüzü saymırsınız. Sizə uğurlar olsun, qınından çıxıb qınını bəyənməyənlər!”

O, daha sonra türklərlə işbirliyi etməsinin səbəbini də açıqlayıb:

“Məni sevənlərə hörmət edərək, bu pullar buraxılır ki, illər sonra internetdə yaxşı klip izləsinlər”.

Əsəbi soyumayan Əməkdar artist daha sonra Milli Televiziya və Radio Şurasının direktoru Nuşirəvan Məhərrəmliyə müraciət edib:

“Burdan Nuşirəvan müəllimə müraciət edirəm, xahiş edirəm ki, televiziyalarda klip saatı ayrılsın. Bizə bu dərəcədə hörmətsizlik olmaz. Sizi başa düşürəm, Nuşirəvan müəllim. Başınız ən çox keyfiyyətli və maraqlı olsun deyə verilişlərə qarışıb. Amma biz “əldən gedirik”, belə olmaz. Bütün sənət dostlarım mənimlə razı olacaqlar. Kim qorxaqdırsa, razı olmasın”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi