Bakıdakı 14 nömrəli məktəbdə qarışıqlıq – VİDEO

Bir neçə gündür Bakıda yerləşən 14 nömrəli məktəbdə şagirdlərdən birinin səbəb olduğu problem sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olunur. Bir şagirdin davranışlarında problem olduğu üçün onun sinfi dəyişdirilib. Amma yeni sinfin valideynləri buna etiraz ediblər. Etiraz o həddə çatıb ki, onlar uşaqlarını məktəbə göndərməkdən imtina ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələyə müdaxilə edib. Artıq hadisə ilə bağlı qərar qəbul olunub.

Xəzər TV-nin məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri 14 nömrəli tam orta məktəbdə olub, 3-cü sinif şagirdlərinin valideynlərinin uşaqlarını dərsə buraxmamaları məsələsi ilə bağlı müzakirələr aparıblar.

Məlum olub ki, məktəbin rus bölməsinin 3-cü sinif şagirdi Məhəmmədhəsən Sadıqzadənin davranışı ilə bağlı problem yaranıb. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3-ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3-ç sinfində oxumasına narazılıqlarını bildiriblər.

Övladları 3-ç sinfində oxuyan valideynlər Məhəmmədhəsənin bu sinfə keçirilməsinə etiraz edirlər. Direktor onların tələblərini yerinə yetirmədiyindən onlar da uşaqlarını məktəbə göndərmirlər. Artıq 3 gündür ki, Məhəmmədhəsən Sadıqzadə dərslərdə tək iştirak edir. Valideynlər bu uşağın davranışından qorxduqlarını və şagirdlərə xəsarət yetirə biləcəyindən ehtiyat etdiklərini deyirlər.

Məktəbin direktoru Hürzad Verdizadə Məhəmmədhəsənin yeni sinfində psixoloq nəzarəti altında dərsə girəcəyini desə də, valideynlər bununla da razılaşmırlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir neçə saat ərzində Məhəmmədhəsən Sadıqzadə ilə söhbət edib və valideynlərin şikayətlərini dinləyiblər. Məlum olub ki, uşaqda heç bir davranış pozuntusu yoxdur. Bu hadisə ərköyün böyüyən Məhəmmədhəsənin psixologiyasına pis təsir edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Elşad Səfərovun sözlərinə görə, yoldaşları ilə yola gedə bilməyən şagirdin sinifdən-sinfə köçürülməsi istifadə olunan təcrübədir. Hazırda Məhəmmədhəsən Sadıqzadə 3ç sinfində təhsilini davam etdirir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə övladlarını dərsə göndərmələrini tövsiyə edir.

 

 

1
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi