Bakıda insanları ölümə aparan çörəklər satılır — EHTİYATLI OLUN! + FOTO

Son vaxtlar Bakıda satılan çörəklərin içərisindən yad cisimlərin çıxması kimi faktlara çox rast gəlinir.

Sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində bununla bağlı çoxsaylı məlumatlar və görüntülər yayılır. Kimi çörəyin içindən tük, kimi çöp, kimi də taxta və s. tapır. Hətta çörəyin içindən mismar və digər insan orqanizmi üçün çox təhlükəli, ölümə səbəb ola biləcək cisimlər də çıxır.

Bu gün də Bakı sakinlərindən biri aldığı çörəyi kəsərkən içərisindən kəndir ip çıxıb. Bu barədə Mehparə Məmmədova adlı paytaxt sakini “Facebook” səhifəsində yazıb. İstifadəçi həmin çörəyin fotosunu da paylaşıb.

“Dünən axşam bacımgilə gedəndə yol üstü, heç vaxt girmədiyim bir marketə girdim, çörəyi də oradan aldım. Səhər yeməyində doğrayanda içindən kəndir çıxdı. Çörəyin içindən çıxan kəndir və başqa qırıntılarla birlikdə aparıb market sahibinə göstərdim. Dedi ki, artlq neçənci dəfədir ki, camaat üstümə gəlir. Daha ordan çörək götürməyəcəm. Çörək “Binəqədi Yanar dağ” cörək sexindən gətirilib”, – deyə Mehparə Məmmədova bildirib.
Həmin statusun altından da çoxsaylı şərhlərdə hamı çörəyin içərisindən müxtəlif cisimlərin çıxdığını yazıb. Mehparə Məmmədova isə əlavə edib ki, adıçəkilən sexin nə ünvanını, nə də əlaqə nömrəsini öyrənə bilib. Market sahibi də çörəyi kimdən aldıqlarını deməyib.Adıçəkilən çörək sexinin ünvanını axtarsaq da, tapmaq mümkün olmadı. Bu isə böyük qanun pozuntusudur. Çünki mal, əsasən qida məhsulu istehsal edən şirkətlər mütləq ünvan və əlaqə nömrələrini malın üzərində qeyd etməlidirlər. Bundan başqa, həmin şirkətlərin əlaqə nömrəsi və ünvanı internetdə yazılmalı, istehlakçılar üçün açıq olm alıdır.

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Ölkə.Az”a açıqlamasında bildirib.

“Nazirlər Kabinetinin 95 saylı qərarına görə, bütün mallar, əsasən də, ərzaq məhsulları qablaşdırılmalıdır. Malın büküldüyü kağızın üzərində isə məhsul istehsal edən şirkətin adı, ünvanı və əlaqə telefonu yazılmalıdır. Çox təəssüf ki, “Zavod çörək”ləri qablaşdırılmır və açıq satılır. Həmin sexin əlaqə vasitələri də gizli qalır. Bu da istehlakçıların hüquqları və Nazirlər Kabinetinin qərarının pozulması deməkdir. Bu halda istehlakçı mütləq lazımı orqanlara məlumat verməlidir. İqtisadiyyat Nazirliyinə, Səhiyyə Nazirliyinə bildirilməlidir. Çörəyin içərisindən kənar cisim çıxırsa, demək burada heç bir gigiyenadan söhbət gedə bilməz. Bununla bağlı çox sayda müraciətlər olur. Bunun qarşısı mütləq alınmalıdır. Əks halda insanlar arasında xəstəliklər artar”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi