Sergey Lavrov: Rusiya Minsk qrupunun həmsədri kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə maraqlıdır

Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə deyib.

S.Lavrov qeyd edib: “Hörmətli İlham Heydər oğlu, dəvətə və Sizinlə görüşmək imkanına görə çox sağ olun. Sizin siyasi dialoqumuza verdiyiniz qiymətlə tam razıyam. Lap bu yaxınlarda – noyabrın 1-də Rusiya Federasiyasının Prezidenti ilə Tehranda növbəti dəfə görüşdünüz. O, Sizə səmimi salamlarını çatdırır, məmnuniyyətlə Sizin görüşlərinizi xatırlayır. Biz Vladimir Vladimiroviçlə Sizin aranızda olan razılaşmaların yerinə yetirilməsinə sadiqik. Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ticarət dövriyyəsi bizim statistikaya görə, bu ilin ilk 9 ayında ən azı 60 faizdən çox artıb. Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və Sizin dediyiniz kimi, investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır. Bu il Stavropolda uğurla keçirilmiş Regionlararası Forumu qeyd etməliyəm. Bakıda parlamentlərarası komissiyanın iclası keçirilib. Biz diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar həmkarımla qarşılıqlı səfərlər etmişik. Moskvada arxiv sənədlərinin sərgisi keçirilib. Sabah bu tarixə həsr edilmiş əlavə tədbir keçirəcəyik. “ADA” Universitetinə çıxış etmək dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Sabah məmnuniyyətlə bunu edəcəyəm”.

Xarici işlər naziri əlavə edib ki, həqiqətən də Rusiya və Azərbaycanı birləşdirən əlaqələr çoxdur: “Bir yaxşı nümunə: lap bu yaxınlarda Moskvada bizim kosmik proqramımızın banilərindən biri, SSRİ-nin Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimovun 100 illiyi qeyd edilirdi. Düşünürəm ki, tariximizin bu cür dövrləri bizi əvvəlki kimi birləşdirməli və yeni qarşılıqlı münasibətlərimizə göstərici olmalıdır. Biz, əlbəttə, mənim həmkarımla beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimizdən danışacağıq. Bu fəaliyyət davamlı şəkildə inkişaf edir. Biz də, əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Burada biz Sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır. Bu qəbula görə bir daha sağ olun”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi