YAP-ın 25 illik tarixi ölkənin müstəqillik və inkişaf dövrünə çevrilib

YAP Nərimanov rayon Geofizika və Geologiya İdarəsi ərazi ilk partiya təşkilatında partiyanın yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi. Dünən SOCAR-ın Geofizika və Geologiya İdarəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbirdə Geofizika və Geologiya İdarəsinin (GGİ) rəisi Elçin Şirinov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Nərimanov rayon təşkilatının baş təlimatçısı Nizami Babaşov və GGİ-nin rəis müavinləri, YAP üzvləri iştirak edirdi. Əvvəlcə tədbir iştirakçıları Geofizika və Geologiya İdarəsinin foyesində ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoydular və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə təbrik edərək ötən 25 il ərzində partiyanın şərəfli yol keçdiyini bildirib: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib. Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə reallaşdırılır.” E.Şirinov Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğuladı. “Azərbaycanın bugünkü inkişafı, ərazi bütövlüyünün qorunması, neft strategiyasının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” deyən Geofizika və Geologiya İdarəsinin rəisi ölkədə həyata keçirilən iqtisadi islahatlardan bəhs etdi.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, Azərbaycan neftçilərini təbrik etdi. YAP-ın ölkəmizin siyasi, iqtisadi, ictimai həyatında mühüm rol oynadığını qeyd edən V.Rəhimzadə vurğuladı ki, partiya sıralarında 700 mindən artıq insanı birləşdirir ki, bu da çox möhtəşəm qüvvədir: “25 illik bir dövr Azərbaycanın müstəqillik və inkişaf tarixinə çevrilib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib.”

“Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi, nüfuzunun artması partiyanın ideya əsaslarının ulu öndər Heydər Əliyevin irsi ilə bilavasitə bağlı olmasından irəli gəlir” deyən YAP Siyasi Şurasının üzvü qeyd etdi ki, hazırda partiyamız ölkənin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın siyasi palitrasının lokomotiv gücüdür, xalqın maraqlarını qoruyan siyasi qüvvədir.

Neft sənayesinin inkişafında Ümummilli Liderin xidmətlərindən söz açan V.Rəhimzadə vurğuladı ki, ulu öndər Heydər Əliyev ölkənin zəngin təbii sərvətlərindən düzgün şəkildə istifadə edərək 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu: “Bununla da Azərbaycana böyük miqdarda investisiya axını başladı. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycan dövlətinin nailiyyətlərinin əsasını təşkil edir. Yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub, bazar münasibətlərinin tələblərinə əsasən etibarlı və əlverişli idarəetmə sistemi tətbiq edilib. Neft strategiyası müxtəlif sahələrdə köklü islahatların aparılmasına, misilsiz nailiyyətlərin qazanılmasına möhkəm zəmin yaradıb.”

GGİ-nin rəis müavini Ziyad Cəlilov, YAP Nərimanov rayon “Geofizika və Geologiya İdarəsi” ərazi ilk partiya təşkilatının sədri Ziyadxan Heydərov, YAP üzvlərindən Günel Yusifova, Sadiq Rəsulov bildirdilər ki, YAP yarandığı vaxtdan ölkəmizin inkişafına böyük töhfələr verib.

Geofizika və Geologiya İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Əliyev YAP-ın yaranma tarixi, onun müasir tariximizdəki rolundan danışıb.

Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunanlara vəsiqələr təqdim olundu.

Orxan Vahidoğlu, “İki sahil”

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi