Ermənistanda hərbi möhlət hüququ ləğv edilir

Ermənistan Milli Assambleyası Hərbi Xidmət və Hərbi Qulluqçunun Statusu haqda qanunu ikinci, yəni sonuncu oxunuşda qəbul edib. 86 nəfər lehinə, 6 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, universitet tələbələrinin etiraz etdiyi qanun hərbi möhlət hüququnu ləğv edir. Dünən Yerevan Dövlət Universitetinin 5 tələbəsi qanuna etiraz əlaməti olaraq aclıq aksiyası elan edib. Lakin onlardan biri səhhətində yaranan problemlə bağlı olaraq aksiyanı dayandırıb. Azadinform news.am-a istinadən xəbər verir.