“Vicdan haqqı”nın rejissorundan sərt reaksiya: “O qadın haqqında danışmaq istəmirəm”

“Vicdan haqqı” serialında Dilarə obrazını Bakı Musiqi Akademiyasının əməkdaşı vokalist Aygün Zeynalovanın canlandırması tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Bir çox tamaşaçılar əvvəllər Dilarə obrazını canlandıran, əməkdar Kəmalə Müzəffərin serialdan getməsini heç də müsbət qarşılamayıb. Elə K.Müzəffərlinin özü də serialdakı dəyişiklikdən sarsıntı keçirərək, xəstəxanalıq olub.

Serialın rejissoru Rövşən İsaxla əlaqə saxladıq.

Rejissor hansı səbəbdən Dilarə obrazını canlandıran aktrisaları dəyişməsi ilə bağlı bunları dedi: “Köhnə palan içi tökmək istəmirəm. Dilarə obrazını canlandıran əvvəlki aktrisa ilə sözümüz alınmadı, serialdan getdi, Allah işini avand eləsin. O, getdi, onu başqa aktrisa ilə əvəz etdik. Mən onun serialdan niyə getməsi barədə, ümumiyyətlə o qadın haqqında danışmaq istəmirəm, mənə yaraşmaz. Serialın daha maraqlı, səliqəli və səviyyəli şəkildə davam etməsini təmin etmək üçün Dilarəni başqa aktrisa ilə əvəz etdim. İnsanların fikirləri mənə maraqlı deyil. Nə istəyirlər danışsınlar. Kimsə düşünə bilər ki, serial maraqsızdır, bu, məni qətiyyən maraqlandırmır. Onların sosial şəbəkədə nə yazdıqları da məni maraqlandırmır, o yazılanları oxumuram da. Mən heç nədən qorxmuram. Öz işimi görürəm”. Yenicag.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi