Səudiyyə Ərəbistanında yeni antikorrupsiya əməliyyatı gözlənilir
Səudiyyə Ərəbistanında yeni antikorrupsiya əməliyyatı gözlənilir.
Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 500-dən çox məmur həbs edilə bilər.
Qeyd edək ki, noyabrın 4-də Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salmanın rəhbərliyi ilə Korrupsiya ilə mübarizə üzrə Ali Komitənin yaradılması haqqında fərman imzalanıb.
Növbəti gün Ali Komitə sabiq nazir, hərbçi və sahibkarların da daxil olduğu 40-a yaxın nüfuzlu şəxsin saxlanması barədə əmr verib.