Boks üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə yeniyetmə və gənclər arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək və Kəngərli rayonlarının idmançıları da güclərini sınayıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 20 çəki dərəcəsində 60-a yaxın dəri əlcək sahibi rinqə çıxıb.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomla mükafatlandırılıblar.