“Qoca”nın yeni FOTOları – FB-da profili varmış…
Dünən gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonunda keçirdiyi əməliyyat nəticəsində yaralanan, daha sonra ölən “Qoca” ləqəbli Etibar Məmmədovun Feysbukda profilinin olduğu məlum olub.
Avtoritetin həbsxanada olan zaman sosial şəbəkədən istifadə etdiyi, tanışları ilə buradan əlaqə saxladığı iddia olunur.
2011-ci ildə yaradılan “Etibar Qoca” profilində xeyli foto paylaşılıb. Bundan başqa, “Allah qapını açsın” kimi şərhlərə, “Qoca” özü cavab verib.
Profildə son paylaşım isə ötən ilin mart ayında olub: “Yaşamaq üçün ölmək, ölmək üçün yaşamaq lazımdır”.”Qafqazinfo”