“Facebook”un gəlirləri azalacaq – MARKDAN ETİRAF

“Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq şirkətin gəlirlərinin azalacağı ilə bağlı xəbərdarlıqla çıxış edib.

Lent.az xəbər verir ki, səbəb Rusiyanın ABŞ-dakı siyasi proseslərə və prezident seçkilərinə sosial şəbəkələr vasitəsilə təsir göstərməyə çalışdığı ortaya çıxdıqdan sonra, “Facebook” rəhbərliyi təhlükəsizlik sahəsinə kapital qoyuluşunu artırmağı qərara almasıdır. Belə ki, 2018-ci ildə “Facebook” bu istiqamətdə xərclərin 45-60% artacağını gözləyir.

“Şirkət təhlükəsizlik və xidmətlərin mühafizəsinə cavabdeh olan əməkdaşların və tərəfdaşların sayını artıracaq. Gələn il bu işlə 20 minə yaxın adam məşğul olacaq. Bundan başqa, məqsədəuyğun olmayan kontentin aşkarlanması məqsədilə süni intellekt sisteminin işlənib hazırlanmasına da səylər yönəldiləcək”, – deyə M. Zukerberq söyləyib.

Xatırladaq ki, “Facebook”, “Twitter” və “Google” nümayəndələri son 2 gün ərzində Senatda Rusiyanın ABŞ-da seçkilərə və siyasi proseslərə müdaxiləsi mövzusunda keçirilən dinləmələrdə çıxış ediblər.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi