Sərnişinlər Bakıdan İstanbula və əksinə qatarla gedə biləcəklər

“Bakı-Tbilisi- Qars (BTQ) dəmiryol xəttinin işə salınması tək Azərbaycan üçün deyil, region üçün əlamətdar gün idi”. Bu fikri politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan coğrafi cəhətdən əlverişli məkanda, istər şimalla cənub, istərsə də şərqlə qərb dəhlizlərinin mərkəzində yerləşir: “Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də odur ki, ölkəmiz müxtəlif layihələr çərçivəsində  nəqliyyat qovşağı kimi dünyaya inteqrasiya olunsun”.

Politoloq deyib ki, BTQ-nin siyasi çəkisini xüsusilə vurğulamaq lazımdır. Onun sözlərinə görə, Ermənistan dəmiryolunun işə salınması ilə növbəti dəfə regional layihədən təcrid olundu: “Ermənistanın arzusu İrandan İrəvana daha sonra isə Gümrü – Qars vasitəsilə Türkiyəyə çıxış əldə etmək idi. Digər dəmiryolu xətti kimi İrəvan – Tbilisi nəqliyyat şəbəkəsinin də reallaşmasında maraqlı idilər. Lakin görünən odur ki, ermənilərin bu planları Qarabağ münaqişəsinin həllini tapmayana qədər gerçəkləşməyəcək”.

Politoloq həmçinin vurğulayıb ki, BTQ vasitəsilə Asiya və Avropa arasında yüklərin daşınması baş tutacaq və bu da ölkəmizin beynəlxalq ticari əlaqələrdə nüfuzunun yüksəlməsinə səbəb olacaq: “BTQ təkcə Mərkəzi Asiyadan Avropaya yüklərin daşınması ilə hüdudlanmır. Eyni zamanda sərnişinlər də artıq birbaşa olaraq Bakıdan İstanbula və əksinə qatarla gedə biləcəklər. Layihənin turizmin inkişafında da payı olacaq”.   Azadinform.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi