Mətbuat Şurası paytaxtda keçirilən mitinqdə monitorinq aparıb

Azərbaycan Mətbuat Şurası özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 28-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvləri aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə almayıblar. Qrupun üzvlərinə bununla əlaqədar hansısa narazılıq ünvanlanmayıb. Lakin monitorinq qrupu aksiyanı işıqlandıran jurnalistlərin əksər hissəsinin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmadıqlarını qeydə alıb. Oxşar hal, demək olar, bütün əvvəlki aksiyalar zamanı da müşahidə edilib. Bu vacib təhlükəsizlik tədbirinə etinasız yanaşılması təəssüf doğurur. Mətbuat Şurası bildirir ki, belə yanaşma jurnalistlərin hər hansı xoşagəlməz durumla, ekstremal vəziyyətlə üzləşəcəkləri təqdirdə onların hüquqlarının müdafiəsini tam mümkünsüz edir.

Şura bir daha kütləvi informasiya vasitələrinin əməkdaşlarına, ayrı-ayrı müstəqil jurnalistlərə müraciət edərək onları mitinqlər və digər bu sayaq kütləvi xarakter daşıyan aksiyalar zamanı üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmağa, bu vacib təhlükəsizlik tədbirinə mütləq qaydada əməl etməyə çağırır.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi