“Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir” – Türkiyənin müdafiə naziri

Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir.

Trend  bildirir ki, bunu Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak etmək üçün ölkəmizə səfəri əsnasında Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir qeyd edib ki, torpaqların azad olunması üçün güclü dövlət olmaqla yanaşı, ölkənin müdafiə və hərbi sistemini də gücləndirmək lazımdır: “İşğal altındakı Azərbaycan torpaqları gec-tez azad olunacaq”.

N.Canikli bildirib: “Hamı bilsin ki, Azərbaycan və Türkiyə hərbi qüvvələri bu vaxta qədər bir-birlərinə lazımi dəstək verib və bundan sonra da dəstək veriləcək.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında bütün sahələri əhatə edən əməkdaşlığın gücləndirilməsi üçün xüsusi bir sazişə ehtiyac yoxdur: “Azərbaycan və Türkiyə bir-birlərinə hər cür dəstək göstərir. Azərbaycan xalqının hər hansı bir tələbi Türkiyə üçün əmrdir. Eyni zamanda, Azərbaycan da Türkiyədən hər hansı bir tələb olduqda əlindən gələni yerinə yetirir”.

N.Canikli qeyd edib ki, Türkiyə və Azərbaycanın bir-birinə ehtiyacı var və hər iki dövlət öz səylərini müxtəlif sahələrdə birləşdirirlər: “Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” olduqları üçün Azərbaycanın gücü Türkiyənin gücüdür”.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə bundan sonra da birgə hərbi təlimlərin keçirilməsinə ciddi önəm verəcək: “Hər iki ölkədə müdafiə sənayesini inkişaf etdirmək və bir-birimizə dəstək vermək çox önəmlidir”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi