Moldova məşhur rus ekspertini ölkəyə buraxmadı
Moldova Sərhəd Xidməti rusiyalı məşhur siyasi ekspert Mixail Delyagini ölkəyə buraxmayıb. Delyagin Moldovadan dünən gecə Moskvaya geri göndərilib. Sərhəd Xidməti Delyaginin arzuolunmaz şəxs elan edildiyinə görə ölkəyə girişinin qadağan olunduğunu bildirib.
Qeyd edək ki, Delyagin Moldovada sosialist inqilabına həsr olunan konfransda iştirak etməli idi. Moldovada ikitirəlik hökm sürür. Hökumət Qərbi, prezident isə Rusiyanı dəstəkləyir. Olaylar.Az