SOS – Yay istirahətinə gedən kişilər xəstəliklərlə qayıdırlar

Əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib.

Z.Fərəcov payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib:

“Yayda insanlar dincəlmək üçün başqa şəhərlərə, kurort zonalarına, istirahət mərkəzlərinə səfər edirlər və orada bəzi insanların şübhəli cinsi əlaqələri olur. Belə xəstəliklərə yoluxanlar səfər etdikləri yerlərdə bunun dərinliyinə varmırlar. Amma istirahətdən qayıtdıqdan sonra onların səhhətlərində müəyyən problemlər yaranır. Ona görə də payız aylarında bu xəstələrin sayında müəyyən artım müşahidə edilir”.

Z.Fərəcov deyib ki, zöhrəvi xəstəliklərə görə daha çox kişilər müraciət edirlər.

Onun sözlərinə görə, ümumilikdə zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlinir. Cinsi yolla keçən xəstəliklər əsasən reproduktiv yaş dövründə olan – 50 yaşadək olan kişilərdə müşahidə olunur.

Baş mütəxəssis qeyd edib ki, ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artım müşahidə edilir.

Z.Fərəcov əlavə edib ki, bu xəstəliklər insanlarda ikincili sonsuzluq yaradır:

“Bunlar genefonda zərbə vuran xəstəliklərdir. Bu xəstəliklərə çox ciddi yanaşılmalıdır. Xəstəliklərə yoluxanlara düzgün diaqnoz qoyulduqda və müalicə vaxtında aparıldıqda yaxşı nəticə əldə etmək mümkündür”.

Z.Fərəcovun sözlərinə görə, zöhrəvi xəstəliklərə yoluxan kişilərin əskəriyyəti çox zaman müalicəyə laqeyd yanaşırlar. Onlar həkimlərə xəstəliyin kəskin mərhələsində müraciət edirlər:

“Belə xəstəliklərə daha çox öz orqanizmlərinə qeyri-ciddi yanaşan adamlar yoluxurlar. Onlar çox zaman bu infeksiyalarla gəzirlər, fikirləşirlər ki, bu, öz-özünə keçər. Lakin sonda xəstəlik xroniki hal alır və müxtəlif fəsadlar verir. Bu, bəlkə də əhalinin xəstəliklə bağlı məlumatsız olmasından da irəli gəlir”.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib