Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb – MediaZona.Az
Cümə axşamı, 29 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
28.10.2026 20:39 · Manşet, Siyasət, Xəbər xətti

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.

Görüşdə Heydər Əliyev Fondu ilə UNESCO arasında mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı mədəni irsin qorunması, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb, bu istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP