Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb – MediaZona.Az
Çərşənbə, 28 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
28.10.2026 10:07 · Manşet, Sosial, Xəbər xətti

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəz hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP