Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda Zəfər paradında iştirak edəcək.
Məlumata görə, Ərdoğanla birlikdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidanın da paradda iştirak edənlər arasında olacağı gözlənilir.
Qeyd edək ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. Bu tarix Zəfərin 5-ci ildönümünə təsadüf edir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP







