Gənc Tamaşaçılar Teatrında Milli Qəhrəman Koroğlu Rəhimova həsr edilən tamaşa nümayiş olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Qəhrəman Koroğlu Rəhimovun 70 illik yubileyinə həsr edilən “Yarımçıq qalmış” tamaşası nümayiş olunub.

Teatrdan bildirilib ki, tamaşanın nümayişindən əvvəl rejissor Kəmalə Musayevanın quruluşunda ekranlaşdırılan “Vətənim mənim” adlı sənədli film təqdim edilib. Filmdə 1992-ci ilin iyul ayında könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanan, elə həmin ilin oktyabrında 39 yaşında qəhrəmancasına şəhid olan Koroğlunun cəbhə yolundan, müharibədə göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub.

Sonra teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək, Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salıb. Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov isə atasının döyüş şücaətindən danışaraq, onun xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.

Çıxışlardan sonra “Yarımçıq qalmış” tamaşası nümayiş olunub.

Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanan tamaşa Birinci Qarabağ müharibəsinin ağrı-acılarından, müharibənin insanların həyatında yaratmış olduğu faciələrdən bəhs edir.

Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa ediblər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi