Rus-Türk Media Forumu keçiriləcək
Sabah Rusiyanın paytaxtı Moskvada Rus-Türk Media Forumu başlayacaq.
Tədbir Rusiyanın TASS dövlət agentliyi və Beynəlxalq Jurnalistlər Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Beynəlxalq Jurnalistlər Şurasını təmsil edən 15 nəfərdən ibarət nümayəndə heyəti artıq Moskvada səfərdədir.
Şuranın nümayəndə heyətinin səfər proqramına forumda iştirakla yanaşı, bəzi rusiyalı vəzifəli şəxslərlə özəl reportajlar, ölkənin bir sıra media qurumları ilə tanışlıq, Türkiyənin Rusiyadakı səfirliyi və Yunus Emre İnstitutunun Moskva ofisinə ziyarət, habelə Moskva şəhərində gəzinti daxildir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP