Israil-Fələstin müharibəsinin 6-cı günü

İsrail rəsmilərinin məlumatına görə, HƏMAS-ın şəhər və kəndlərə hücumu nəticəsində 1200 nəfər həlak olub, 2700-dən çox adam yaralanıb və çoxlu sayda insanı girov götürülüb. HƏMAS yaraqlılarının hücumuna cavab olaraq İsrail təyyarələri günlərdir Qəzzada hədəflərə zərbələr endirir.

Cümə axşamı səhər saat 4:30 radələrində İsrail ordusu Qəzzada HƏMAS-a aid hədəflərə “geniş miqyaslı zərbə” endirildiyini bildirib. Açıqlamada digər təfərrüatlar təqdim edilməyib.

Fələstin mediası bildirir ki, Qəzzada ölənlərin sayı 1200-ə çatıb, 5600-ə yaxın yaralı var.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP