Arayik Arutunyanı azərbaycanlı vəkil müdafiə edəcək
Xankəndidə həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutunyanın vəkilinin kimliyi məlum olub.
Onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək.
Alov Səfərəliyev faktı təsdiqləyib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.
Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP