Əfqanıstanda polis idarəsinə hücum – 6 ölü, 30 yaralı

Səhər saatlarında Əfqanıstanın Paktiya vilayətinin  Qardez şəhərindəki polis idarəsinə hücum olub. Ölənlərin 6 nəfər, daha 30 nəfərin isə yaralandığı  bildirilir.

İntiharçı-terrorçu içində partlayıcı maddə olan avtomobili polis məntəqəsinə çırpıb. Daha sonra polis və hücim edənlər arasında atışma baş verib.

İki terrorçu məhv edilib.