İraqda ölən türk hərbçilərin sayı 4-ə çatıb

İraqın şimalında, Türkiyə sərhədinə yaxın Zap vadisi bölgəsində antiterror əməliyyatı davam edir.

Məlumata görə, əməliyyat zamanı PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 2 türk hərbçi həlak olub. 

Beləliklə, 24 saat ərzində ölən türk hərbçilərin sayı 4-ə çatıb. Biri ağır olmaqla 2 əsgər yaralanıb. 16 terrorçu zərərsizləşdirilib.