“Türkiyə ictimaiyyəti Dağlıq Qarabağa qanunsuz səfər barədə məlumatsızdır”

“Təəssüflər olsun ki, Türkiyə ictimaiyyəti bir neçə ölkə vətəndaşının Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri barədə yetərincə məlumatlandırılmayıb”. Bunu  Türk Media Assosiasiyasının rəhbəri Əkrəm Kızıltaş deyib. Ə.Kızıltaş qeyd edib ki, Türkiyə vətəndaşlarının işğal altındakı Dağlıq Qarabağa qeyri-qanuni səfəri ilk növbədə Ankara əleyhinə yönəlmiş bir addımdır:

“Yerevana səfər, həmçinin işğal altında olan Dağlıq Qarabağa qeyri-qanuni səfər Xalqların Demokratik Partiyasının (HDP) üzvləri tərəfindən həyata keçirilib. HDP öz fəaliyyətini Türkiyə əleyhinə olmaqla yanaşı, Türkiyənin dost və qardaş münasibətlərində olduğu ölkələrə qarşı da yönəldib”.

O hesab edir ki, ilk növbədə, Türkiyə ictimaiyyəti həmin şəxslərin erməni işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı ciddi şəkildə məlumatlandırılmalıdır: “Bu şəxslərin iç üzü ifşa edildikdən sonra isə onların Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətlərinə qarşı ciddi tədbirlər görülməsinə nail olmaq mümkün olacaq”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bir müddət sonra isə Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı Karo Paylan Yerevana səfər edib. O, Yerevanda çıxışı zamanı Ankaranı qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb və Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib. Trend.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi