Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır

Bunu Trend-ə millət vəkili Asim Mollazadə deyib.

Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollar kredit verməsinə münasibət bildirən deputat qeyd edib:

“Əslində Rusiya Ermənistana silah satmır. Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistana 100 milyon dollarlıq borc verir və bu borc adı ilə orada öz silahlı qüvvələrini silahlandırır. Bu hal birinci dəfə deyil”.

Onun sözlərinə görə, Rusiya bu borcla həm də Ermənistanın iqtisadiyyatını özünküləşdirir, Ermənistan iqtisadiyyatı artıq Rusiyanın əlindədir: “Məhz buna görə də Ermənistanın nəqliyyatı, energetikası, ümumiyyətlə, hər bir sahəsi Rusiyaya məxsusdur. Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır. Bu, öz-özlüyündə bölgədə gərginliyi yaradan əsas səbəblərdən biridir. Bununla yanaşı, Ermənistan dünya ictimaiyyətini aldatmaq istəyir ki, guya həm Avropa ilə, həm də NATO ilə əməkdaşlıq edir. Əslində isə Ermənistan Rusiyanı bütün beynəlxalq təşkilatlarda təmsil etməklə məşğuldur”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi