AMEA-nın Naxçıvan Bölməsində elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev Ulu Öndərin Azərbaycan tarixindəki mühüm rolundan, Ümummilli Liderin ərazi bütövlüyümüzün qorunması istiqamətində yürütdüyü məqsədyönlü siyasətdən söz açıb. Qeyd edib ki, ömrünü xalqının gələcəyinə, Azərbaycanın müstəqilliyinə həsr edən Ulu Öndər ərazi bütövlüyü məsələsini daim diqqətdə saxlayıb, əzm və qətiyyətlə mübarizə aparıb.

Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi Yaşar Rəhimov “Heydər Əliyevin hakimiyyətinin birinci dövründə (1969-1982-ci illər) Azərbaycanın sosial-iqtisadi inkişafı”, elmi işçi Nilufər Ağayeva “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında Heydər Əliyevin rolu”, institutun şöbə müdirləri İlhami Əliyev “Müstəqillik illərində Heydər Əliyevin xarici siyasəti və ölkəmizin ərazi bütövlüyü”, Toğrul Xəlilov isə “Heydər Əliyevin regional təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti” mövzusunda məruzə ediblər.

Qeyd olunub ki, uzaqgörən lider Heydər Əliyev məsul vəzifələrdə çalışarkən, eləcə də ölkəmizə rəhbərliyinin hər iki dövründə ərazi bütövlüyü məsələsinə xüsusi həssaslıqla yanaşıb, bu məsələni daim diqqətdə saxlayıb, hələ sovet hakimiyyəti dönəmində ermənilərin əsassız ərazi iddialarının qarşısını qətiyyətlə alıb.

Məruzələrdə Ulu Öndərin ölkəyə rəhbərliyinin birinci dövründə sosial-iqtisadi sahədə qeydə alınan inkişafın göstəriciləri əvvəlki dövrlə müqayisəli təhlil edilib. Vurğulanıb ki, bu uğurlu fəaliyyət Ümummilli Liderin Azərbaycana rəhbərliyinin müstəqillik dövründə də davam edib. Həmçinin Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatlardan, yüksək peşəkarlığa malik hərbçilərin hazırlanması məqsədilə gördüyü işlərdən və həmin tədbirlərin bugünkü nəticələrindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin qətiyyətli mövqeyi ərazi bütövlüyümüzün qorunması və bərpası ilə bağlı dünya liderləri ilə danışıqlarında, tribunalarda etdiyi çıxışlarında, müxtəlif beynəlxalq təşkilatların gündəliyində əksini tapıb. Məhz Heydər Əliyevin dünyaya çatdırdığı Azərbaycan reallıqları, tarixi həqiqətlər bu gün öz bəhrəsini verib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi