Kitabxanada TÜRKSOY-un yaranmasının 30 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

İyulun 12-si Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yarandığı gündür. Beynəlxalq təşkilatın yaranmasının 30 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən bu günün tarixini, inkişaf yolunu özündə əks etdirən geniş videomaterial, biblioqrafiq vəsait və ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, hazırlanan “TÜRKSOY 30” adlı videomaterialda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yaranma tarixindən bugünə qədər olan inkişaf yolu, təşkilatın yaradılma məqsədi, üzv ölkələri olan türkdilli ölkələrin birliyi, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, Azərbaycan ilə birgə layihələri haqqında məlumat verilir. Videomaterialda həmçinin Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Şuşa şəhərində keçirilən Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi haqqında məlumatlar da əks olunur.

“Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 30” adlı biblioqrafik vəsaitdə TÜRKSOY haqqında ümumi məlumat, Türk xalqları arasında qarşılıqlı mədəni əlaqələrin yeni ənənələri, Türk dövlət başçılarının zirvə toplantıları, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Daşkənddə TÜRKSOY-un baş katibi ilə görüşü kimi məlumatlar təqdim olunur. Biblioqrafik vəsaitdə “Türk dünyasının birliyi ideyası və Heydər Əliyev”, “Heydər Əliyev və Türk dünyası”. “TÜRKSOY obyektivindən Azərbaycan”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyətinin mənbəşünaslığı”, “Türk xalqları ədəbiyyatı oçerkləri”, “Ne mutlu türküm diyene”, “Türkiye ve Türk cumhuriyyetleri”. “Türk dünyası somut olmayan kültürel mirasları enventar çalışması” kimi Azərbaycan və türk dillərində olan kitabların biblioqrafik təsvirləri yer alıb.

Eyni zamanda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı ənənəvi sərgi açılıb. Sərgidə mövzuya dair kitablar və dövrü mətbuat materialları sərgilənməkdədir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi