Qobustan layihəsinin növbəti mərhələsinə start verilib.

Tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə və əməkdaşlığa önəm verən Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan (Azərbaycan)” layihəsinin növbəti mərhələsinə start verilib.

Bu barədə Qoruqdan bildirilib.

Layihə Qobustan qayaüstü incəsənətinin öyrənilməsinə töhfə olmaqla yanaşı, qoruğun beynəlxalq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, İspaniyanın ” PALARQ” fondu (PALARQ FUNDACION/ FUNDACION ATAPUERCA) və İtaliya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən layihə 2019-cu ildən həyata keçirilir. Layihə çərçivəsində Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana Zağa düşərgəsinin qayaüstü incəsənətinin, həmçinin düşərgədən qeydə alınmış üzəri təsvirli kiçik ölçülü daşların müasir elmi metodlarla öyrənilməsi həyata keçirilir.

Layihənin tətbiqi qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirəcək. Layihədə İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, fəlsəfə doktoru Blanca Ochoa Fraile, İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari və Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Sevinc Şirinli iştirak edir.

Aparılan tədqiqat işlərinə qoruğun aparıcı elmi işçiləri – Günay Verdiyeva, Nuranə Həsənova və abidə mühafizi Rafael Bəkirov cəlb olunacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib