Vahid Əhmədov: “Elə kreditlər var ki, onları silmək lazımdır”

“Vaxtı keçmiş problemli kreditlərin miqdarı günbəgün artır və dövlət, hökumət bu məsələdən çıxış yolunu axtarır”.
Bunu kredit borclarını ödəməkdən yayınan şəxslərin cəzasının dəyişdirilməsindən danışarkən, iqtisadçı deputat Vahid Əhmədov deyib.
O bildirib ki, məsələ ilə əlaqədar həmkarı Əli Mənsimli ilə birgə hökumətə təkliflər veriblər:
“Həm hökumət, həm Mərkəzi Bank, kommersiya bankları, həm də əhali üçün sxem verilmişdi. Lakin bu, qəbul edilmədi. İndi problemli kreditlərin miqdarı həddindən artıq çoxalıb. Bu maliyyə bazar üçün qorxulu olduğundan hökumət bunu həll etməlidir.
Cəzaların yüngülləşməsi müsbət haldır, lakin kreditlərin ödənilməsinə gətirib çıxarmayacaq. İlk olaraq, həmin kreditləri restrukturizasiya etmək lazımdır. Baxmaq lazımdır ki, bu kreditləri ödəməli olanlar hüquqi, yoxsa fiziki şəxslərdir. Kreditləri qaytarmaq imkanlarından asılı olaraq borclular bölünməlidir. Elə kreditlər var ki, onları silmək lazımdır. Hər kredit alana ayrıca yanaşmaq gərəkir. Məsələ çox ciddidir.
Maliyyə Bazarlarına Nəzarət Palatası problemləri həll etməlidir. Çünki ilbəil maliyyə bazarlarına bunun mənfi təsirləri olacaq. Hazırda bizim əsas məqsədimiz bank sistemini sağlamlaşdırmaqdır. Son illərdə faktiki olaraq vacib infrastruktur layihələri həyata keçirildi, sahibkarlığa dəstək üçün külli miqdarda kreditlər verildi və s. Artıq banklar əhali və sahibkarlarla işləməlidir. Bank işləməsə, çox çətin olacaq. Ona görə, öncəlik bankların sağlamlaşdırılması olmalıdır”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinə dəyişiklik edilir.
Layihəyə əsasən, məhkəmənin qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda, müvafiq cərimələrlə birlikdə tətbiq olunan iki ilədək azadlıqdan məhrum etmə cəzası iki ilədək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənir.Sherq.az
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib