Yanğınsöndürmə balonların dolumu sexləri təhlükəli fəaliyyət göstərir

Ölkə ərazisində baş verə biləcək yanğınların söndürülməsində müstəsna rolu olan yanğınsöndürmə balonlarının  xaricdən gətirilməsi ilə yanaşı respublika ərazisində də yanğınsöndürmə balonlarının istehsalı, tərkibinin yenidən doldurulması, onlara texniki qulluğun göstərilməsi işləri həyata keçirilir.

Lakin qeyd olunan sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən bəzi pozuntuların olması ilə bağlı məlumatlar da məlumdur.

Belə ki, redaksiyamıza verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi ünvanında yerləşən “Qızıl Əllər” MMC-yə və Bakı şəhəri, Nizami rayonu, 2016-cı məhəllə, 2-ci köndələn ünvanında yerləşən “Fire Safety Caspian Azerbaijan” MMC-yə məxsus yanğınsöndürmə balonların dolumu sexləri fəaliyyət göstərir. Adları çəkilən müəssisələrin yerləşdiyi ünvanların yaxınlığında yaşayış evlərinin mövcud olduğu bildirilir. İddia olunur ki, bu müəssisələr tərəfindən yanğınsöndürmə balonlarının dolumunda istifadə olunan kimyəvi toz maddələr insanların həyat və sağlamlığına, habelə ətraf mühitə ciddi təhlükə yaradır.

Habelə redaksiyamıza edilmiş telefon zəngində vətəndaş bildirdi ki, “Lider Yanğın” MMC tərəfindən ona məxsus yanğınsöndürmə balonlarının təkrar dolumu keyfiyyətlə həyata keçirilməyib. Ümid edirik ki, yuxarıda qeyd olunan məsələlərlə bağlı vətəndaşların narahatlığına aidiyyəti dövlət qurumları çevik münasibət bildirəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on “Yanğınsöndürmə balonların dolumu sexləri təhlükəli fəaliyyət göstərir

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi