Sabah ümumi təhsil müəssisələrində işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

Sentyabrın 13-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsahibənin vaxtı və yeri barədə namizədlərə SMS vasitəsilə məlumat verilib. Müsabiqənin müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri yoxlanılacaq. Müsahibə proqramına “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları, təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları, Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrləri, ümumi təhsil müəssisələrinin idarə olunması, məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir təhsil proqramları, sanitar-gigiyena, yanğından mühafizə norma və qaydaları, fəal təlim metodları, sosial-psixoloji ünsiyyət metodları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və digər mövzular daxildir.

Qeyd edək ki, namizədlərin müsahibəyə gələrkən tələb olunan sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında sənədin və əlavənin əsli) Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiyaya təqdim etmələri vacibdir.

Test imtahanının nəticələrinə əsasən, keçid balını toplamış 310 namizəd müsabiqənin şifahi müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi