Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur

“Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi də başa çatdı. Azərbaycanın ilk ağıllı kəndində məskunlaşma Böyük Qayıdışın başlanğıcıdır. Qeyd edək ki, 1993-cü il işğalınadək bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər)”.

Olaylar” xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib. Qeyd edib ki, Şərqi Zəngəzur ilə yanaşı Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Təbii ki, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin 30 ay müddətdən tam bərpası mümkün deyil və bu prosesin zaman tələb edəcəyi qaçılmazdır: “Dağıntıların miqyası bunu daha aydın şəkildə göstərir: Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi, 130 939 ev, 7 000 ictimai bina, 1 025 məktəb, 855 uşaq bağçası, 798 sağlamlıq ocağı, 927 kitabxana, 2389 obyekt tamamilə dağıdılıb. Bura nəqliyyat və digər infrastrukturun da dağıdılmasını əlavə etsək o zaman ziyanın miqyası daha da böyüyür. Bu baxımdan, məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Digər tərəfdən, uzun müddət işğal altına qalan ərazilərimizdə minaların sayının kəskin çox olması prosesə təsir edən faktorlardandır. Yalnız Füzuli rayonunda 80 minədək minanın olduğu güman edilir. Ona görə də, məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə ağıllı qayıdış formasında həyata keçirilir. Minadan təmizləmə işinin sürətlə aparılması da məhz əhalimizin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq. Gülüş və həyat Qarabağa qayıdır. Bu dəfə daimi”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi