“Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC-nin (ABB – Moskva) əməkdaşlığı nəticəsində Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.

“OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, “Azərpoçt”da tətbiq olunan “Granat” pulköçürmə sistemi vasitəsilə artıq Rusiya Federasiyasından Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.

İlkin mərhələdə “Granat” pulköçürmə sistemi Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə bütün rayon mərkəzlərində fəaliyyət göstərən mərkəzi xidmət şöbələrində vətəndaşlara təqdim olunacaq. Yaxın gələcəkdə isə tələbatdan asılı olaraq, digər poçt şöbələrində də bu sistemin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, “Granat” pulköçürmə sistemi Rusiya Federasiyasında hər kəs üçün əlçatandır: belə ki, Rusiya ərazisində yerləşən  “ABB – Moskva” məntəqələri və “Granat” mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür.

“Granat” pulköçürmə sistemi üzrə tariflər, eləcə də pul köçürmələrinin göndəriş və alış məntəqələri haqqında ətraflı məlumatı www.azerpost.az və www.granatpay.ru saytlarından əldə etmək olar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on ““Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi