Ruslar Zelenskiyə qarşı sui-qəsd HAZIRLAYIR
Rusiya tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır.
Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
“Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”, – Aleksey Danilov vurğulayıb.
Qeyd edək ki, müharibə dövründə Zelenskiyə qarşı bir neçə dəfə sui-qəsd cəhdinin qarşısı alınıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP