bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Orduda smartfon təhlükəsi – Generallara da qadağa qoyulmalıdır!

Son günlər Müdafiə Nazirliyi tərəfindən xidmət zamanı smartfon tipli mobil telefonlardan istifadə edərək, sosial şəbəklərdə video və foto görüntülər paylaşan hərbçilərə qarşı sərt tədbirlər görülür. İndiyədək cəza tədbirləri nəticəsində bir neçə hərbi qulluqçu ordu sıralarından xaric olunub.

“Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir”, – nazirlik növbəti dəfə hərbi qulluqçulara xəbərdarlıq edib.

Nazirliyin xəbərdarlığına məhəl qoymayaraq, hələ də smartfon işlədən hərbçilər var. Bəs onlara qarşı necə mübarizə aparmaq olar?

 

 

Bu barədə hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görəson günlər həm Müdafiə Nazirliyinin verdiyi məlumatlardan, həm də sosial şəbəkələrdə yayılan xəbərlərdən aydın olur ki, bəzi hərbi qulluqçular hələ də öz məsuliyyətlərini dərk etmirlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar eyni səhvə yol verərək sosial şəbəkələrdən istifadə edirlər.

“Heç kim sosial mediadan istifadənin əleyhinə deyil. Sadəcə olaraq sosial şəbəkədən doğru-düzgün istifadə etmək lazımdır”,  – hərbi ekspert bildirib.

Ü.Cəfərov hesab edir ki, sosial şəbəkələrlə hərbi xidmət tərs mütənasiblik təşkil edir:

“Bu gün sosial şəbəkələrdən istifadə edənlərə qarşı mübarizədə məqsəd məhz hərbçilərin, habelə Azərbaycan Respublikasının müdafiəsini və etibarlı təhlükəsizliyini təmin etməkdir. Bizim hərbçilər sosial şəbəkədən bir-biriləri ilə söhbət etmək, tanışlıq üçün istifadə edirlər. Dünya ilə maraqlanmırlar. Bilmirlər ki, bu gün Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən olan hərbçilərin 20-30 faizinin həlak olmasının səbəbi məhz üzərlərində gəzdirdikləri smartfonlardır. Bu artıq fakt kimi sübut olunub.

Eyni zamanda 2016-cı ildə bizim ərazimizdə baş verən məlum hadisələr zamanı bəzi hərbi qulluqçular smartfon tipli telefonlar istifadə etmişdilər. Düşmən və düşmənə havadarlıq edənlər bundan istifadə edərək hərbiçilərimizin yerlərini təyin etmişdilər. Ona görə də, Müdafiə Nazirliyinin atdığı addım doğru və düzgündür”.

 

Ü.Cəfərov bildirib ki, ümumiyyətlə Silahlı Qüvvələrdə smartfon tipli telefonlar istifadə olunmamalıdır:

“Adi, yəni çəkmə, məlumatı yayma imkanı böyük olmayan telefonlardan vəziyyətə uyğun olaraq bəzən komandirlər istifadə edə bilərlər. İndi biz düşmüşük müddətdən artıq xidmət edən hərbi qulluqçuların üzərinə ki, onlar smartfonlardan istifadə edirlər. Ancaq bu gün bizim komandirlərlərdən, hətta məxfilik sənədlərinə icazəsi olan generallardan bəziləri smartfon tipli telefonlardan istifadə edirlər. Bu isə yolverilməzdir! Olmaz! Çünki o telefonlar vasitəsilə Moskvada, Vaşinqtonda, Parisdə, Londonda mövcud olan istənilən məxfi orqan çox rahat şəkildə antena şəbəkəsinə daxil olub, oradan hətta telefon işlək vəziyyətdə olmadığı halda belə istətiyi məlumatı əldə edir. Bunun üçün, yəni kəşfiyyat və əks kəşfiyyat üçün əvvəllər dövlət büdcəsindən 100 milyonlarla pul sərf olunurdu. Bu gün isə əgər Bakıda Müdafiə Nazirliyinin binasında smartfon tipli telefon istifadə olunursa, hətta İrəvanın çox rahat şəkildə istənilən məlumatı əldə etmək imkanı var. O cümlədən, İrəvanda Müdafiə Nazirliyinin  binasında smartfon tipli telefon istifadə olunursa, Bakıda erməni dilini bilən istənilən mütəxəssis Ermənistan Müdafiə Nazirliyindəki məlumatları asanlıqla izləmək imkanına malikdir”.

Hərbi ekspert onu da vurğulayıb ki, orduda smartfondan istifadənin qarşısını almaq üçün Müdafiə Nazirliyi tədbiri davam etdirməlidir:

“Bu proses o zamana qədər davam etdirilməlidir ki, belə şəxslər müvafiq əmr və sərəncamları pozmasın. Bunu da heç kəs kiminsə fəaliyyətini məhdudlaşdırmaq kimi başa düşməməlidir. Görülən tədbilər sırf müdafiə və təhlükəsizliklə bağlıdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP