İranda polkovnik-leytenant öldürüldü – FOTO

İranın Kirman əyalətində polislə yaraqlılar arasında baş vermiş atışma nəticəsində polkovnik-leytenant Əli Bərzqərpur öldürülüb.

IRNA xəbər verir ki, hadisə iyulun 26-na keçən gecə qeydə alınıb.

Ə.Bərzqərpur Kirman polisinin əməkdaşı olub.

Atışma nəticəsində narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerində 697 kq narkotik maddə aşkarlanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP