AMEA-nın professoru AzTV-ni MÜDAFİƏ ETDİ – “Ancaq yaltaqlıqla məşğuldurlar”

Xəbər verdiyimiz kimi, AzTV Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb. Süjetdə AMEA-nın fəaliyyəti sərt şəkildə tənqin edilib. Bildirilib ki, AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib.

AzTV-nin müzakirələrə səbəb olan süjeti barədə  danışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov tənqidlərin haqlı olduğunu bildirib:

“Alimlər akademiyada 3-4 vəzifə tuturlar, övladlarından tutmuş nəticələrinə kimi hamısını vəzifələrə yerləşdirirlər. Mən həmişə demişəm ki, akademiyada işdən söhbət gedə bilməz. Mən AzTV-nin müxbirinə deyərdim ki, gedək AMEA-nın kitabxanasına da baş çəkək. Orada müdafiə olunan dissertasiya işlərini vərəqləyək və əsl dəhşəti görək.

Azərbaycan dövlətinə ən böyük zərbə AMEA tərəfindən vurulur. Akademiklərin ictimai fəallığını görə bilmirik, ancaq yaltaqlıq və məttahlıqla məşğuldurlar. Bununla ölkə inkişaf edə bilməz. AMEA-ya ayrılan büdcəni araşdırmaq, milyonları kimin mənimsədiyini üzə çıxarmaq lazımdır. Cəzadan kənar qaldıqları isə başqa dərddir”.

İ.Abbasovun sözlərinə görə, alimlər akademiyada seyirci rolu oynayırlar, çünki başqa fəaliyyətləri yoxdur:

“Kənara çəkilib ancaq pul yığırlar. Ölkə üçün taleyüklü bir məsələyə münasibət bildirən yoxdur. 1000-2000 manatla bahalı mülklərə sahiblənmək mümkün deyil. Kabinetlərində oturub çay içirlər, toxunulmazlıq qazanırlar. AzTV-nin sujetini yüngül təftiş adlandırıram. Bu, hələ başlanğıcdır. Dərindən təmizlənmə aparılmalıdı, hər kəs olub-bitənə cavab verməlidir. Ancaq sədaqətdən danışırlar ki, filan qədər işləmişəm bu dövlət üçün. Afrikadan bir nəfər tutub gətirib, akademiklərin dövlətdən oğurladığının 5%-ni ona versək daha sədaqətlə xidmət edər.

Akademiklər dövlətə xidmətlə məşğul deyillər, ayağımızdan tutub çəkirlər. AMEA-nın ləğv olunmasının akademiklər üçün əhəmiyyət yoxdur. Çünki azuqələrini əvvəldən yığıblar. Səlim Müslümov, Hacıbala Abutalov kimi məmurlar həm də professor olub, akademiya sistemindən gediblər“.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib