Bu gün Beynəlxalq Şahmat Günüdür

İyulun 20-si Beynəlxalq Şahmat Günüdür.

Bu bayramın əsası 1924-cü ildə yaradılmış Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarı ilə 1966-cı ildən başlayaraq qeyd edilir. Hazırda FIDE-nin himayəsi altında gənclər, kişilər, qadınlar və böyüklər arasında 40-dan çox rəsmi çempionat təşkil edilir.

Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Belə ki, qədim zamanlarda ölkəmizdə bu intellektual növ üzrə böyük şahmatçılar yetişib. Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilər öz şeirlərində şahmatı tərənnüm edərək oyun haqqında mənalı, çox dərin fikirlər söyləyiblər. Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynayıb və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd edib. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə edib. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndələridir.

Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəblərinin tikilməsinə başlanılıb, gənclərin bu idman növünə marağının artması sayəsində istedadlı şahmatçılar nəsli yetişib. Fikrət Sideifzadə, Elmar Məhərrəmov, Aydın Hüseynov, Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova keçmiş SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazanıblar. Azərbaycan müstəqillik dövründə dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov kimi böyük şahmatçılar verib.

Müasir müstəqil Azərbaycanda şahmat ən populyar idman növlərindən biri sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkədə şahmatın və onun infrastrukturlarının daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin etmək, ölkəmizin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması üçün əməli addımlar atılır.

Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra mötəbər turnirlərdə iştirak edən komandamız böyük uğurlar əldə edib. Kişilərdən ibarət Azərbaycan yığması 3 dəfə Avropa çempionatının qalibi olub, 2 gümüş, 1 bürünc medal qazanıb, qadın komandamız isə qitə çempionatının bürünc medalını alıb. Dünyaşöhrətli qrosmeysterimiz Teymur Rəcəbov dünya kubokunun qalibi olub. Qabaqcıl şahmatçılarımızdan Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, qadınlar arasında Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri beynəlxalq arenalarda böyük nailiyyətlər qazanırlar.

Ölkəmizdə yeniyetmə şahmatçılar arasında çoxlu istedadlı zəka ustaları yetişir. Belə ki, 2019-cu ildə Aydın Süleymanlının 16 yaşadək idmançılar arasında dünya çempionu adını qazanması, eləcə də həmin il 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandasının Ümumdünya Şahmat Olimpiadasının qalibi olması bu sahədə güclü potensialın olmasının bariz nümunəsidir.

Azərbaycan, həmçinin şahmat üzrə ən mötəbər turnirlərə ev sahibliyi edib və bu ənənə son illər də davam edir. Ölkəmizdə Ümumdünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışın təşkili, eləcə də görkəmli zəka ustası, mərhum qrosmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi superturnirdə dünyanın ən güclü şahmatçılarının iştirak etməsi Azərbaycanın şahmat ölkəsi olduğunu sübut edir.

Bu il dünyanın şahmat ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönəlib. Odlar yurdunun tarixi mədəniyyət mərkəzi Şuşada beynəlxalq şahmat turniri təşkil ediləcək. Həmçinin daha bir mötəbər yarış – 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda təşkil ediləcək. Hər iki turnirdə dünyanın ən güclü zəka ustalarının iştirakı planlaşdırılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib