G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirləri Böyük İyirmilik (G20) qrupunun XİN başçılarının görüşü çərçivəsində rəsmi şam yeməyində iştirak etməyiblər.
“TASS”-ın məlumatına görə, bunu İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib. O, hadisənin səbəbləri barədə məlumat verməyib.
Yaponiya mətbuatının yaydığı məlumata görə isə, ölkənin xarici işlər naziri Yosimasa Hayaşi ziyafətdə iştirak etməyi “uyğunsuz hesab edib”. Belə ki, oarada Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirak etmə ehtimalı olub.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP







