Rusların 2 silah anbarı dağıdıldı
İyulun 5-də Ukraynanın cənubunda Rusiya ordusunun 18 nəfər şəxsi heyəti məhv edilib.
UNİAN-nın xəbərinə görə, bu barədə “Pivden” operativ komandanlığı məlumat yayıb.
Məlumatda bildirilir ki, raket-artilleriya zərbələri nəticəsində Rusiya silahlı qüvvələrinin 18 nəfər şəxsi heyəti, 2 özüyeriyən artilleriya qurğusu, 1 zenit qurğusu, 1 haubitsa, 5 zirehli texnika və 2 silah anbarı məhv edilib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP